Nurofen suspenziya 150 ml.Uşaqlar üçün Nurofen 3 aylıqdan 12 yaşa qədər uşaqlarda kəskin respirator xəstəlikləri qrip uşaq infeksiyaları peyvənddən sonra reaksiyalar və bədən temperaturunun yüksəlməsi ilə müşaiət olunan digər infeksion-iltihabi xəstəliklər zamanı qızdırmasalıcı vasitə kimi istifadə olunur. Dərman vasitəsini zəif və ya orta intensivlikli ağrı sindromu zamanı o cümlədən başağrısı və dişağrısı miqren nevralgiyalar qulaqlarda və boğazda ağrılar dartılmalar zamanı ağrılar və ağrının digər növləri zamanı ağrıkəsici vasitə kimi istifadə edirlər.

Uşaqlar üçün Nurofen aşağıdakı hallarda istifadə edilə bilməz.

  • -ibuprofenə asetilsalisil turşusuna və ya digər QSİƏP-lərə həmçinin dərman vasitəsinin digər komponentlərinə qarşı yüksək həssaslıq;
  • -asetilsalisil turşusunun (salisilatlar) və digər QSİƏP-lərin qəbulu ilə bağlı yaranan bronxial astma övrə rinit;
  • -uşaqda mədə-bağırsaq qanaxması;
  • -bağırsağın iltihabı xəstəlikləri;
  • -təsdiq edilmiş hipokaliemiya;
  • -qan xəstəlikləri hipokoaqulyasiya leykopeniya hemofiliya;
  • -böyrək və ya qaraciyər çatışmazlığı;
  • -eşitmənin zəifləməsi.